Fevral ayının 9-da keçiriləcək növbədənkənar parlament seçkiləri cəmiyyətdə ən çox müzakirə edilən mövzulardan biridir.
Yenicag.az xəbər verir ki, namizədlər arasında fərqli peşələrdən olanlar üstünlük təşkil edir ki, bu da gələcəkdə Milli Məclisdə aparılacaq müzakirələrin keyfiyyətinə təsir edəcək. Həmçinin, şəhid ailəsindən olan şəxslər də seçkilərdə təmsil olunacaq. Onlardan biri “Daşaltı” əməliyyatında şəhid olan Cavanşir İbrahimovun oğlu Oruc İbrahimovdur. O, namizədliyini doğulub boya-başa çatdığı Nəriman Nərimanov rayonunun 19 saylı seçki dairəsindən irəli sürüb. Oruc İbrahimovun seçiləcəyi təqdirdə şəhid ailələrinin problemləri ilə bağlı fəaliyyət göstərəcəyi gözlənilir.