Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Milli qürurumuzun xilas səhifəsi – Ülvi Quliyev

ƏAdətən bayramlarda, xüsusilə əlahiddə bayram günlərində yalnız ən xoş xatirələr yada salınır. Heç kəs ovqatını xoş olmayan xatirələrlə korlamaq istəmir. Lakin həyatın reallığı belədir ki, xeyirlə şər bir-birindən ayrı yaşaya bilmir. Hətta xeyir üstün gələndə də bilməlisən ki, şər elə də uzaqda deyil, pusquda dayanıb və öz zamanını gözləyir, qisas həsrəti ilə yanıb-yaxılır. Necə ki, Ermənistandakı revanşist qüvvələr hər ötən gün ağır məğlubiyyətlərinin əvəzini çıxmaq üçün yanıb-yaxılırlar…

Yenicag.az xəbər verir ki, bu fikirlər Milli Məclisin deputatı Ülvi Quliyevin “Milli qürurumuzun xilas səhifəsi” sərlövhəli məqaləsində yer alıb.

Bildirilib ki, Zəfər Günü xalqımızın əlahiddə bayramlarından biri olduğu üçün şər qüvvələrin qara əməllərini yada salıb ovqatımızı korlamaq istəməzdim. Lakin nəzərə alsaq ki, 28 illik torpaq həsrətinə son qoymaq və milli qürurumuzu xilas etmək üçün qlobal maneələri də dəf etməli olmuşuq, onlardan bəzilərini yada salmağa borcluyuq. Hər birimiz şahidi olduq ki, bəzi dünya gücləri qələbəmizə sevinmir, onu qısqanclıqla qarşılayır. Sözdə haqq və ədalətdən danışan həmin ölkələr nəinki qələbəmizə sevinmədilər, hətta uzun illər ərzində onu əngəlləməyə və ya ləngitməyə çalışdılar. Elə buna görə, 8 noyabr tarixi təkcə işğalçı Ermənistan üzərində deyil, həm də belələrinin riyakar oyunları üzərində qələbəmizi təcəssüm etdirir. Bu acı həqiqətləri nəinki özümüz unutmamalıyıq, əksinə, onları olduğu kimi gələcək nəsillərə də çatdırmalıyıq. Çatdırmalıyıq ki, onlar mümkün təhlükələri hansı ünvanlardan gözləməli olduqlarını əvvəlcədən bilsinlər. Bunu ona görə etməliyik ki, zaman öz yaddaşımızı da korşaltmasın.

Unutmamalıyıq ki, BMT kimi ali beynəlxalq təşkilatın ölkəmizlə bağlı məlum dörd qətnaməsi 27 il ərzində yerinə yetirilmədi. Həmin təşkilatın başqa ölkələrə aid olan eyni mahiyyətli qətnamələri cəmi bir neçə gün ərzində icra edildiyi halda, Azərbaycana gəldikdə, cəmiyyətimiz bu çevikliyi görmədi. Əksinə, qətnamələrin icrasını Ermənistandan tələb etməli olan böyük dövlətlər işğalçının yalanlarına, məkrli oyunlarına göz yumdular. Birinin siyası marağı, digərinin uydurma fobiya “azarı”, bir başqasının isə qərəzli yanaşması ədalətli davranmalarına imkan vermədi. Çünki siyasi maraqlar beynəlxalq hüquqdan üstün tutuldu. Xalqımıza, Azərbaycan hakimiyyətinə məhz güc müstəvisindən aşılanırdı ki, reallıqla barışın və Qarabağı birdəfəlik unudun…

 

 

www.yenicag.az

140
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100