!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Milli Şura və ReAL davası: "Qrantlar əldə edib, dividentlər qazanmaq istəyi göz qarşısındadır"

!Reklam – Yazi

Son günlər müxalifət düşərgəsində Milli Şura-ReAL Partiyası arasında dava hökm sürür.

Milli Şura sədri, professor Cəmil Həsənli ReAL-ı satqınlıqda ittiham edib. ReAL Partiyasının funksionerləri isə bunu cavabsız qoymayıb.

Müxalif düşərgədə baş verən prosesləri və bunların nədən qaynaqlandığını Yenicag.az-a politoloq Elşən Manafov şərh edib.

Elşən Manafov Milli Şura və ReAL Partiyası arasında baş verənləri şərh edərkən bildirib ki, Azərbaycan müxalifətini təmsil edən bu qüvvələrin ölkənin mövcud ictimai-siyasi gerçəkliklərinə və hakimiyyətə münasibətdə həyata keçirdikləri siyasətdəki təzad bir tərəfin inqilab, digər tərəfin isə islahatlar yoluna önəm və əhəmiyyət verməsindən qaynaqlanır:

“Milli Şura əsasən mitinqlər yolu ilə, ölkəni təlatümlər yoluna sürükləməklə, cəmiyyətdə radikallaşma ab-havasını gücləndirməklə və hakimiyyətə qarşı bir çox hallarda qeyri-obyektiv mövqe sərgiləməklə mübarizə aparır. Milli Şuranın da sosial bazası bəllidir.

İlqar Məmmədova gəldikdə isə onun də əvvəlki mövqeyi Milli Şuranın mövqeyi ilə üst-üstə düşürdü. Ancaq Milli Şuranın son mitinqindən sonra Azərbaycan hakimiyyətinin apardığı uğurlu siyasət – Avropa institutları ilə aparılan siyasət, ölkədə mövcud sosial problemlərin həlli istiqamətində həyata keçirilən siyasət hər halda İlqar Məmmədov kimi siyasətçiləri daha real mövqe sərgiləməyə məcbur etdi. İlqar Məmmədov Milli Şuranı hakimiyyətdən narazı olan elektratı parçalamaqda, sosial baza ilə münasibətləri düzgün qurmamaqda ittiham edir”.

Politoloq hər iki tərəfin ana müxalifət olmaqda iddialı olduqlarını deyib:

“Ana müxalifət olmaq iddiası təkcə narazı elektratla işləmək istəyindən irəli gəlmir. Avropa institutlarında ayrıla biləcək qrantlara yiyələnmək və bu qrantlar vasitəsi ilə Azərbaycan hakimiyyəti ilə münasibətdə müəyyən dividentlər qazanmaq istəyindən irəli gəlir. Bu mənada hər iki tərəfin hakimiyyətlə münasibətdə bu xətt qırmızı xətt olaraq keçir. Bu dividentləri Azərbaycan hakimiyyətində olan bəzi yüksəkranqlı məmurlarla danışıqlar apararaq əldə etmək istəyi göz qarşısındadır”.

www.yenicag.az

5730
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv