Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın mitinqlə bağlı müraciətini cavablandırıb.
Yenicag.az-ın xəbərinə görə, BŞİH-də müraciətə baxılıb və Milli Şuranın aprelin 6-sı saat 15:00-dan 17:00-dək İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş “Məhsul”) mitinq keçirməsinə razılıq verilməyib.
Bu barədə mitinq təşkilatçıları məlumatlandırılıb.