Milli Şura adlı radikal qrup üzvlərinin yeni videogörüntüləri yayılıb.
Yenciag.az xəbər verir ki, qeyri-etik ifadələrin yer aldığı video sosial şəbəkələrdə paylaşılıb.
Kadrlardan göründüyü kimi, Milli Şura üzvləri digər müxalifət partiyalarını (Əsasən ReAl, Müsavat- red) hədəf alaraq, onların ünvanına təhqirlər yağdırıblar.
Belə ki, MŞ sədri Cəmil Həsənli müxalifət partiyalarını “tryapka” adlandırıb. “Tarixçi-alim”in etikadankənar sözlərini “zoom konfransı”nın iştirakçıları gülərək dəstəkləyiblər.
Bundan əlavə, onlayn söhbətdə Azərbaycan cəmiyyətini aşağılayan fikirlər də səsləndirilib. Bu baxımdan radikalların yeni videosu sosial şəbəkələrdə etiraz doğurub.