Reklam

Reklam

timthumbMilli təhlükəsizlik nazirinin müavini, general-mayor Elçin Arsalan oğlu Əliyev bu gün Azərbaycan prezidentinin sərəncamı ilə vəzifəsindən azad olunub.

Bu barədə virtualaz.org saytına hüquq-mühafizə orqanlarındakı rəsmi mənbələrdən məlumat verilib.
Məlumata görə, MTN sistemindəki kadr islahatları davam etməkdədir. Milli təhlükəsizlik nazirinin vəzifəsini icra edən şəxsin bu gün imzaladığı əmrlə MTN-in İsmayıllı və Daşkəsən rayon şöbələrinin rəisləri də tutduqları vəzifələrdən azad ediliblər. Bundan bir neçə gün öncə isə MTN-in Nərimanov rayon şöbəsinin rəisi işdən azad olunub.

Bütövlükdə isə MTN-in keçmiş rəhbərliyinin işdən azad olunmasından və ifşa edilməsindən sonra nazirliyin 120 əməkdaşı bu sistemdən xaric edilib. Onların 80 nəfəri sabiq nazir Eldar Mahmudovun yaxın qohumları və dostları olub.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 99
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."