İsveçin “Malmö” klubunun qanalı futbolçusu Kinqsli Sarfo həbs olunub.
Yenicag.az xəbər verir ki, o, 14 yaşlı qızı zorlamaqda ittiham edilib.
İsveç məhkəməsi buna görə 23 yaşlı yarımmüdafiəçiyə 2 il 8 ay həbs cəzası verib. Həbsdən çıxdıqdan sonra isə o, ölkədən deportasiya olunacaq.
Qeyd edək ki, qanalı oyunçu məhkəmədə qızın neçə yaşının olmasından xəbərsiz olduğunu vurğulayıb. Lakin məhkəmə əksini sübut edib.
2017-ci ildən “Malmö”nün şərəfini qoruyan Sarfo Qana yığmasında da çıxış edirdi.