Budapeştdə 45-ci Ümumdünya Şahmat Olimpiadası davam edir.
Yenicag.az xəbər verir ki, yarışa İordaniya və Finlandiya komandalarına qalib gəlməklə başlayan Azərbaycanın kişilərdən ibarət yığması 3-cü turda Moldova ilə qarşılaşacaq.
Qadınlardan ibarət millisi isə Argentina ilə üz-üzə gələcək.
45-ci Şahmat Olimpiadası
III Tur, 13 sentyabr
Kişilər
Azərbaycan – Moldova
Aydın Süleymanlı – İvan Şitko
Nicat Abasov – Andrey Makovey
Şəhriyar Məmmədyarov – Yeqor Laşkin
Məhəmməd Muradlı – Viktor Boloqan
Qadınlar
Azərbaycan – Avstraliya
Günay Məmmədzadə – Kandela Fransisko
Ülviyyə Fətəliyeva – Maria Xose Kampos
Xanım Balacayeva – Anapola Borda
Gülnar Məmmədova – Klaudia Amura
Qeyd edək ki, yığmalarımız ilk iki turu qələbə ilə başa vurublar.