“Milliləşən” ukraynalı dopinqə görə qovuldu

Yeniçağ.az-ın əldə etdiyi məlumata görə, Azərbaycanın Elit yığma komandası və “Synergy Baku” kontinental klubunun üzvü Maksim Averinin qanında qəbulu qadağan edilmiş meldonium preparatının tapılması ilə bağlı xəbər Azərbaycan Velosiped İdmanı Federasiyası (AVİF) tərəfindən böyük narahatlıqla qarşılanıb.

“Beynəlxalq Antidopinq Agentliyi və Beynəlxalq Velosipedçilər İttifaqı tərəfindən adıçəkilən preparatın idmançının orqanizminə hansı şəraitdə düşməsi ilə bağlı araşdırılma aparıldığı müddətdə Maksim Averin yığma komandadan və klubdan kənarlaşdırılıb”.

İdmançı ilə bağlı yekun qərar araşdırmalar başa çatdıqdan sonra veriləcək.

Yeniçağ.az