Millimiz 8 pillə gerilədi – Qvatemala öndə

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

Yenicag.az xəbər verir ki, ötən ayla müqayisədə Azərbaycan millisi 8 pillə geriləyib. Seçməmiz 243 xalla 127-ci yerdə qərarlaşıb.

Bu göstəriciyə görə millimiz Tacikistan (255), Bəhreyn (253), Qvatemaladan (245) geridədir.

Qeyd edək ki, siyahıya 1609 xalla Almaniya millisi başçılıq edir. Braziliya ikinci (1489), Portuqaliya (1360) isə üçüncüdür.