Millimiz ABŞ-a məğlub oldu

Slovakiyada keçirilən 2000-ci il təvəllüdlü futbolçular arasında beynəlxalq turnirin son günündə həlledici qarşılaşmalara start verilib.

Yenicag.az xəbər verir ki, yarışda qüvvəsini sınayan Azərbaycanın U-19 komandası son matçını keçirib.

Vüqar Məmmədin yetirmələri öz qruplarında ikinci olan komandaların duelində gücünü yoxlayıb. Millimiz turnirin 3-cüsü adı uğrunda matçda ABŞ-la üz-üzə gəlib.

İki qırmızı vərəqə alan seçməmiz rəqibinə 0:3 hesabı ilə məğlub olub və turniri 4-cü başa vurub.

Qeyd edək ki, bu gün keçiriləcək final matçında Çexiya və Slovakiya milliləri üz-üzə gələcək.

COP29