Millimiz Albaniyanı məğlub etdi

“Ege Cup” beynəlxalq futbul turnirində iştirak edən 16 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi yarışa qələbə ilə başlayıb.

Yenicag.az xəbər verir ki, Albaniya ilə qarşılaşan Vüqar Məmmədin komandası rəqibinə 1:0 hesabı ilə qalib gəlib.

Millimizə qələbə qazandıran qola ikinci hissədə əvəzetmədən meydana daxil olan Bəhruz Tanrıverdiyev imza atıb.

Qeyd edək ki, Vüqar Məmmədin yetirmələri qrupda növbəti matçını noyabrın 21-də Kosova, 23-də isə Türkiyəyə qarşı keçirəcək.