Aprelin 19-da Rumıniyada idman gimnastikası üzrə şəxsi Avropa çempionatı keçirləcək. Yarışda Azərbaycan yığması da mübarizə aparacaq.
Yeniçağ.Az xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyası məlumat yayıb. 4 gün davam edəcək çempionatda ölkəmiz 4 gimnastla təmsil olunacaq. Kişilərin yarışında Bense Talasla Murad Ağarzayev, qadınların mübarizəsində isə Yuliya İnşina ilə Yekaterina Tişkova nəyə qadir olduqlarını nümayiş etdirəcəklər.
Yeniçağ.Az