Millimiz Avropa Kubokunda medal qazandı

Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası Bakıda keçirilən Avropa Kubokunda bürünc medal qazanıb.

Yenicag.az xəbər verir ki, yığma 3 lent və 2 topla hərəkətlərdə uğurlu çıxış edib.

Ləman Əlimuradova, Zeynəb Hümmətova, Kamilla Əliyeva, Darya Sorokina, Güllü Ağalarzadə və Yelizaveta Luzandan ibarət kollektiv 29,950 xal toplayıb.

Qeyd edək ki, qrup hərəkətləri komandası çoxnövçülükdə də bürünc mükafata sahib çıxıb.

COP29