Millimiz Avropa Super finalına vəsiqə qazandı

Çimərlik futbolu üzrə Azərbaycan millisi 8 komandanın iştirakı ilə keçiriləcək Avropa Super finalına vəsiqə qazanıb.

Yenicag.az AFFA-ya istinadən məlumat verir ki, bu mərhələnin oyunları sentyabrın 6-dan 9-dək İtaliyanın Sardiniya adasındakı Algero şəhərində keçiriləcək.

Qrupların tərkibi aşağıdakı kimidir:

A qrupu: İspaniya, Portuqaliya, İsveçrə, Azərbaycan
B qrupu: Rusiya, Belarus, Ukrayna, İtaliya