19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirəcək.
Yenicag.az xəbər verir ki, 2-ci qrupda yer alan yığma Türkiyə seçməsi ilə qarşılaşacaq.
Bolqarıstanın Albena şəhərində oynanılacaq görüş Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.
24 sentyabr
14:00. Türkiyə – Azərbaycan
Hakimlər: Helgi Mikael Yonasson, Egill Gudvardur Gudlauqsson (hər ikisi İslandiya), Xristo Hadjiyski (Bolqarıstan)
Dördüncü hakim: Georgi Ginçev (Bolqarıstan)
Qeyd edək ki, Azərbaycan millisi qrupdakı ilk matçında Bolqarıstana minimal hesabla uduzub – 0:1.