Azərbaycanın qadın voleybolçulardan ibarət milli komandası Qızıl Avropa Liqasında növbəti oyununu keçirib.
Yenicag.az xəbər verir ki, Faiq Qarayevin rəhbərlik etdiyi yığmamız 4-cü tur çərçivəsində Bolqarıstanla üz-üzə gəlib.
Bakıdakı Voleybol Mərkəzində keçirilən görüş millimizin qələbəsi ilə başa çatıb – 3:1. Bununla da komandamız mayın 26-da Sofiyada keçirilən görüşdə bolqarlara 1:3 hesablı məğlubiyyətin qisasını almış olub.
Xatırladaq ki, komandamız ilk iki turda Bakıda qarşılaşdığı Ukrayna və Portuqaliyaya da eyni hesabla (3:1) qalib gəlmişdi.
Qızıl Avropa Liqası
A qrupu
30 may
Azərbaycan – Bolqarıstan 3:1 (25:20, 23:25, 25:21, 25:21)