Azərbaycan cüdo yığması Bakıda keçirilən Böyük Dəbilqə yarışını 7 medalla başa vurub.
Yenicag.az-ın məlumatına görə, milli komandaya son medalı qadınlar arasında 78 kq-dan yuxarı çəkidə yer alan İrina Kindzerska qazandırıb. O, 3-cü yer uğrunda görüşdə belaruslu Marina Slutskayanı məğlub edib.
Daha əvvəl Hidayət Heydərov (73 kq) qızıl, Nicat Şıxəlizadə (66 kq) və Məmmədəli Mehdiyev (90 kq) gümüş, Rüstəm Orucov (73 kq), Telman Vəliyev (73 kq) və Zelim Kotsoyev (100 kq) bürünc medal qazanıb.