!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Millimiz çempionata məğlubiyyətlə başladı

!Reklam – Yazi

Bu gün Yaponiyanın paytaxtı Tokioda cüdo üzrə dünya çempionatına start verilib.

Yenicag.az qol.az-a istinadən xəbər verir ki, yarışın ilk günü Azərbaycan millisi üçün uğursuz başlayıb. Tatamiyə üç idmançımız mübarizəni erkən dayandırmalı olub.

Davud Məmmədsoy (60 kq) və Aişə Qurbanlı (48 kq) ilk görüşlərini qalib başa vursalar da, növbəti qarşılaşmalarda məğlub olublar. Leyla Əliyeva (48 kq) isə ilk görüşdə portuqaliyalı rəqibinə uduzub.

Avqustun 26-da Nicat Şıxəlizadə (66 kq), Gültac Məmmədəliyeva (52 kq) və Larisa Florian (52 kq) tatami üzərinə çıxacaq.

www.yenicag.az

1303
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv