Millimiz dünya çempionatına 15 şahmatçı ilə yollanacaq

Dekabrın 26-31-i aralığında ABŞ-nin Nyu-York şəhərində keçiriləcək rapid və blits üzrə dünya çempionatında Azərbaycanın 15 şahmatçısı mübarizə aparacaq.

Yenicag.az xəbər verir ki, bu barədə yarışın rəsmi saytında bildirilib.

Kişilər arasında Şəhriyar Məmmədyarov, Eltac Səfərli, Aydın Süleymanlı, Vasif Durarbəyli, Məhəmməd Muradlı, Vüqar Rəsulov, Read Səmədov və Vüqar Manafov çıxış edəcəklər.

Qadınlardan isə Günay Məmmədzadə, Gülnar Məmmədova, Xanım Balacayeva, Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Zeynəb Məmmədyarova və Türkan Məmmədyarova uğur qazanmağa çalışacaqlar.

Qeyd edək ki, dünya çempionatı üçün 300 şahmatçı qeydiyyatdan keçib.