Millimiz dünyada 11-ci oldu

83178Futzal üzrə milli komandaların növbəti reytinq siyahısı açıqlanıb.
Noyabrda ikinci dəfə açıqlanan reytinqində dünyanın 151 yığması yer alıb.

Cədvəldə ciddi dəyişiklik qeydə alınmayıb. Bu komandalardan 96-sı əsas siyahıya daxil edilib. Digər 55 milli isə son 2 ildə kifayət qədər oyun keçirmədiyindən cədvələ şərti olaraq salınıb.

Hesabında 1391 xal olan Azərbaycan yığması siyahının 11-ci pilləsində qərarlaşıb. Yığmamızın AVRO-2016-nın seçmə mərhələsindəki rəqiblərindən Ukrayna 8-ci, Belçika 28-cidi.

Komandamızın 4-cü rəqibi olmağa iddiaçılar isə siyahının aşağı pillələrindədi. Bolqarıstan 79-cu, Yunanıstan 52-ci, Danimarka 60-cıdısa, Cəbəllütariq əsas siyahıya düşən 96 yığma arasında yer almayıb.(apasport.az)