Millimiz Ermənistanı mat etdi!

Yunanıstanda keçirilən şahmat üzrə Avropa komanda çempionatının 6-cı turunda Azərbaycan millisi Ermənistanla qarşılaşıb.

Yenicag.az xəbər verir ki, millimiz bu görüşdə 2.5:1.5 hesabı ilə qələbə qazanıb.

Komandaların bir nömrələrinin qarşılaşmasında Şəhriyar Məmmədyarov Levon Aronyana uduzub.

Millimizin digər üzvü Arkadi Naydiç isə Qabriel Sarqsyanla heç-heçə edib.

Əvəzində Teymur Rəcəbov Sergey Movsesyanı, Rauf Məmmədov isə Qrant Melkumyanı məğlub edib.

Qeyd edək ki, bu, Ermənistan yığmasının turnirdə üç qələbə və iki heç-heçədən sonra ilk məğlubiyyəti olub. Millimiz isə hazırda 9 xalla 3-cüdür.

COP29