!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Millimiz finaldan kənarda qaldı

!Reklam – Yazi

Azərbaycan və Gürcüstanın birgə təşkilatçılığı ilə keçirilən qadın voleybolçular arasında Avropa çempionatında yarımfinal mərhələsinin oyunları keçirilib.

Yenicag.az xəbər verir ki, öncə Azərbaycan yığması Hollandiya ilə qarşılaşıb. 12 il əvvəlki rekordu təkrarlamaqla bu mərhələyə yüksələn yığmamız yeni rekorda imza atmaq üçün mütləq qalib gəlib, finala yüksəlməli idi. Lakin təəssüf ki, gərgin mübarizənin sonunda sevinən tərəf hollandlar olublar.

Yarımfinalın digər cütündə isə Türkiyə yığması Serbiya ilə üz-üzə gəlib. Yarışın əsas favoriti olan serblər bu görüşdə türklərə heç bir şans verməyiblər və finala yüksəliblər.

Beləliklə, sabah keçiriləcək həlledici oyunda Serbiya və Hollandiya yığmaları qarşılaşacaq. Yığmamız isə bürünc medal uğrunda Türkiyə ilə münasibətlərinə aydınlıq gətirəcək.

AÇ-2017
Yarımfinal
30 sentyabr

Hollandiya – Azərbaycan – 3:2 (20:25; 25:19, 25:19, 25:27, 15:12)

Serbiya – Türkiyə – 3:0 (25:17, 25:12, 25:21)

www.yenicag.az

1694
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv