Millimiz ilk ev oyununda İrlandiya ilə bacarmadı

Bu gün 21 yaşadək futbolçular arasında AÇ-2019-un seçmə mərhələsi çərçivəsində növbəti oyunlar keçirilib.

Yenicag.az xəbər verir ki, Azərbaycan millisi də bu seçmə mərhələdə ikinci matçına çıxıb. 5-ci qrupda mübarizə aparan yığmamız ilk ev oyununda İrlandiyanı sınağa çəkib.

Bir neçə gün öncə İsraillə səfər matçında məğlub olan Yaşar Vahabzadənin yetirmələri xal itkisi görməyən rəqiblə “Dalğa Arena”da qarşılaşıb. Komandamız meydana ilk xal üçün çıxsa da, yenə məğlubiyyətlə üzləşib.

AÇ-2019-un seçmə oyunu
5-ci qrup
5 sentyabr

Azərbaycan – İrlandiya 1:3
Qol: R.Menninq, 9, 37. M.Mədətov, 12. Q.Koks, 51.
Sarı vərəqə: A.Askerov, 20. E.Cəfərov, 45+3. Q.Əliyev, 52. E.Cəfərov, 53. R.Suini, 77.
Qırmızı vərəqə: E.Cəfərov, 53.
Hakimlər: Şandor Sabo, Peter Kobor, Balaş Sert, Balaş Berke (hamısı Macarıstan).
Bakı. “Dalğa Arena”.

Azərbaycan: 12. Mustafa Kemal Özhitay, 2. Sertan Taşqın, 3. Vüqar Həsənov (23. Ozancan Kökcü, 67), 4. Bəhlul Mustafazadə, 5. Serkan Baloğlu, 6. Alen Askerov, 8. Qismət Əliyev, 10. Elnur Cəfərov, 11. Mahir Mədətov (k) (16. İlyas Səfərzadə, 80), 17. Əlibəy Məmmədli (7. Ehtiram Şahverdiyev, 46), 18. Onur Albayrak.
Ehtiyat oyunçular: 22. Aydın Bayramov, 14. Yusif Nəbiyev, 20. Eltun Turabov, 21. Xəyal Nəcəfov.
Baş məşqçi: Yaşar Vahabzadə.
İrlandiya: 1. Kiran Ohara, 2. Danni Keyn (15. Rayan Delaney, 90+2), 3. Kori Uilan, 4. Rayan Suini, 5. Şon Donnelan, 6. Deklan Rays, 7. Coşua Kallen (k), 8. Henri Çarsli (18. Liam Kinsella, 90+3), 9. Ris Qreqo-Koks (17. Jozef Kiqli, 89), 10. Rayan Menninq, 11. Ronan Kertis.
Ehtiyat oyunçular: 16. Liam Bossin, 12. Ceyk Malreni, 13. Konor Şonessi, 14. Konnor Ronan.
Baş məşqçi: Noel Kinq.