!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Millimiz İsraildən məğlub qayıdır

!Reklam – Yazi

Bu gün 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində növbəti oyunlar keçirilib.

Yenicag.az xəbər verir ki, Azərbaycanın U-21 millisinin yer aldığı 5-ci qrupda da bir qarşılaşma baş tutub. Yığmamız AÇ-2019-un seçmə mərhələsində ilk görüşünü keçirib. Yaşar Vahabzadənin çalışdırdığı komanda səfərdə İsraillə görüşüb. Bu, hər iki yığmanın yeni tsikldə ilk oyunu idi. 5-ci qrupda artıq 3 oyun baş tutsa da, Azərbaycan və İsrail mübarizəyə yalnız indi start verib.

4 gündən sonra daha güclü İrlandiyanı qəbul edəcək millimiz ilk səfərdən xalla dönməyi hədəfləmişdi. Yeni tsiklə yeni ümidlərlə başlayan yığmamızın bu dəfə necə təsir bağışlayacağı böyük maraqla gözlənilirdi.

Lakin dörd qolun vurulduğu oyun millimizin məğlubiyyəti ilə başa çatıb. Erkən qol buraxan millimiz rəqibin 25-ci dəqiqədə azlıqda qalmasından demək olar ki, faydalana bilməyib. Əksinə, sonradan daha iki qol buraxan futbolçularımız yalnız təsəlli topunu vurmağı bacarıblar.

U-21-lər arasında AÇ-2019-un seçmə mərhələsi
5-ci qrup
31 avqust

İsrail – Azərbaycan 3:1
Qol: M.Barşazki, 12. E.Peretz, 38. M.Plakuşçenko, 57. E.Cəfərov, 70.
Qırmızı vərəqə: N.Lavi, 25.
Sarı vərəqə: B.David, 33.
Hakimlər: Katalin Qaman, Mirça Qriqoriu, Marius Nikoara, Katalin Popa (hamısı Rumıniya).
Akko. Munisipal stadionu.

İsrail: 1. Sahar Hasson, 2. Yosef Raz Meir, 3. Şey Pinhas Ben David, 4. Nir Bardea, 5. Amit Bitton, 6. Neta Lavi (k), 7. Maksim Plakuşçenko (20. Daniel Avraham, 76), 8. Eliel Peretz, 9. Şon Zalman Vayssman, 11. Matan Hozez (14. Dan Qlazer, 52 / 15. Raz Nahmias, 70), 21. Moti Barşazki.
Ehtiyat oyunçular: 18. Assaf Tzur, 10. Lior Einbrom, 16. Mohammad Avvad, 19. Noam Qamun.
Baş məşqçi: Marko Balbul.
Azərbaycan: 12. Mustafa Kamal Özhitay, 2. Sertan Taşqın, 4. Bəhlul Mustafazadə (k), 5. Serkan Baloğlu, 8. Qismət Alıyev, 11. Ozancan Kökçü, 13. Elgün Uluxanov (9. Fəhmin Muradbəyli, 61), 14. Yusif Nəbiyev, 17. Əlibəy Məmmədli, 18. Onur Albayrak (10. Elnur Cəfərov, 46), 20. Eltun Turabov (6. Alen Əsgərov, 46).
Ehtiyat oyunçular: 22. Aydın Bayramov, 3. Vüqar Həsənov, 7. Ehtiram Şahverdiyev, 16. İlyas Səfərzadə.
Baş məşqçi: Yaşar Vahabzadə.

Yenicag.az

www.yenicag.az

1070
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv