Bu gün kişi basketbolçulardan ibarət Azərbaycan millisi 2027-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının seçmə mərhələsində ikinci oyununa çıxıb.
Yenicag az xəbər verir ki, Tahir Baxşıyevin baş məşqçisi olduğu komanda doğma meydanda Kosovo seçməsini qəbul edib. “Sərhədçi” İdman Mərkəzində keçirilən görüş Azərbaycan millisinin 87:77 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, Azərbaycan millisi qrupun ilk matçında səfərdə İsveçrəyə 53:72 hesabı ilə məğlub olub. Millinin təsnifat mərhələsindəki digər rəqibi isə İrlandiya yığmasıdır.