Futbol üzrə Azərbaycan milli komandası Türkiyənin Antalya şəhərində təşkil olunacaq təlim-məşq toplanışı çərçivəsində daha bir yoxlama oyunu keçirə bilər.
Yenicag.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, millimizin fevralın 2-də Kosovo yığması ilə yoldaşlıq oyunu keçirməsi barədə AFFA və Kosovo Futbol Federasiyası arasında ilkin razılıq əldə olunub.
Qurban Qurbanovun çalışdırdığı yığmamız Antalyada ilk oyununu Moldovaya qarşı keçirəcək. Yeni baş məşqçinin debüt görüşü yanvarın 30-da baş tutacaq.