Reklam

Reklam

Futbol üzrə Azərbaycan millisi bu gün növbəti yoldaşlıq matçına çıxıb.

Yenicag.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərliyi ilə yığmamız Antalyada Makedoniya millisiylə qüvvəsini sınayıb.

Qarşılaşmada hesabı millimiz açsa da, rəqib ilk yarıdaca bərabərlik qolunu vurmağa nail olub. Oyun elə 1:1 hesabı ilə də başa çatıb.

Qeyd edək ki, yığmamız 2018-ci ildə ilk sınaq matçında Moldova ilə qolsuz bərabərə qalıb. İkinci görüşdə Belarusla qarşılaşan komandamız 0:1 hesabı ilə uduzub.

27 mart

Yoldaşlıq görüşü

Azərbaycan – Makedoniya 1:1
Qollar: Riçard Almeyda, 6-pen. (1:0), Traykovski, 22-pen. (1:1)
Baş hakim: Halis Özkahya
Köməkçi hakimlər: Kemal Yıldırım, Kerem Ersoy
Dördüncü hakim: Ali Palabıyık (hamısı Türkiyə)
Antalya. “Mardan” stadionu.

Azərbaycan: 1. Kamran Ağayev (k), 2. Qara Qarayev, 5. Maksim Medvedev, 7. Araz Abdullayev (8. Emin Mahmudov, 90), 9. Namiq Ələsgərov (17. Rəhman Hacıyev, 69), 13. Dmitri Nazarov (25. Cavid İmamverdiyev, 59), 15. Ruslan Abışov, 19. Amil Yunanov (10. Ruslan Qurbanov, 59), 20. Riçard Almeyda (16. Rəşad Eyyubov, 78), 21. Tural Axundov (6. Rahil Məmmədov, 75), 24. Ürfan Abbasov
Ehtiyat oyunçular: 12. Rəşad Əzizli, 23. Səlahət Ağayev, 18. Coşqun Diniyev, 22. Şəhriyar Rəhimov, 28. Asif Məmmədov
Baş məşqçi: Qurban Qurbanov
Makedoniya: 1. Stole Dimitrievski, 13. Stefan Ristovski, 4. Kire Ristevski, 6. Visar Muslui, 14. Darko Velkovski (3. Qoko Zaykov, 80), 16. Boban Nikov (5. Ariyan Ademi, 69), 11. Enis Bardhi (8. Ezgyan Alioski, 59), 19. Maryan Radeski, 7. İvan Triçkovski (23. İliya Nestorovski, 59), 9. Aleksandr Traykovski, 10. Qoran Pandev (k) (20. Stefan Spirovski, 46)
Ehtiyat oyunçular: 12. Deyan İliyev, 2. Kristian Toşevski
Baş məşqçi: İqor Angelovski

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 1562
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."

    ×

    Reklam 7 saniyədən sonra bağlanacaq.