!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Millimiz Maltada ciddi itki ilə üzləşdi

!Reklam – Yazi

Futbol üzrə Azərbaycan millisi UEFA Millətlər Liqasında Malta yığmasıyla səfər matçında ciddi itkiylə üzləşib.

Yenicag.az xəbər verir ki, millimizin sağ cinah müdafiəçisi Pavel Paşayev rəqib futbolçu ilə mübarizə zamanı ayağından ağır zədə alıb.

Ukraynanın “Aleksandriya” klubunun şərəfini qoruyan millimizin üzvünə həkimlər tərəfindən ilkin yardım göstərilsə də, zədəsi ağır olduğundan, meydana qayıtması mümkün olmayıb.

Bu üzdən də Qurban Qurbanov matçın 33-cü dəqiqəsində onun əvəzində Ürfan Abbasovu meydana buraxıb.

Xatırladaq ki, Ürfan Kosovo ilə Bakı Olimpiya Stadionunda qolsuz bərabərliklə başa çatan ilk turun matçında sol cinah müdafiəçisi mövqeyində 90 dəqiqə oynamışdı. Bu dəfə isə o, Pavelin yer aldığı sağ cinah müdafiəçisi mövqeyində oynayır.

www.yenicag.az

984
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv