Futbol üzrə UEFA Millətlər Liqasında 2-ci turun oyunları davam edir.
Yenicag.az xəbər verir ki, bu gün Azərbaycan millisi növbəti matçına çıxıb.
Qurban Qurbanovun komandası səfərdə Malta millisinin qonağı olub. İlk turda Kosovo ilə qolsuz bərabərə qalan millimiz Malta səfərindən qələbə ilə qayıtmaq niyyətindəydi.
Qeyd edək ki, Malda D liqasının ilk oyununda Farer adalarına 1:3 hesabı ilə uduzmuşdu.
Millimizin bu rəqiblə oyunu isə heç-heçə yekunlaşıb.
Millər Liqası
D liqası, 3-cü qrup
10 sentyabr
Malta – Azərbaycan 1:1
Qollar: Andrey Aqius, 10-pen – Təmkin Xəlilzadə, 26.
Hakimlər: Nikola Dabanoviç, Milovan Djukiç, Jovica Tatar, Aleksandar Djikanoviç (Monteneqro)
Ta`Qali. “National Stadium”