Millimiz Maltanı məğlub etdi

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası dünya çempionatının seçmə mərhələsinin E qrupunda növbəti matçını keçirib.

Yenicag.az xəbər verir ki, Maltada yerli komanda ilə keçirilən matçda millimiz 2-0 qalib gəlib.

Bu qələbə ilə Azərbaycan millisi xalını 6-ya yüksəldərək Maltanı turnir cədvəlində qabaqlayıb. Hazırda millimiz qrupda 4-cü pillədə qərarlaşıb.