Millimiz məğlub oldu

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası növbəti yoldaşlıq görüşündə qüvvəsini sınayıb.

Yenicag.az xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv Bosniya və Herseqovinanın eyni yaş qrupundan olan komandası ilə üz-üzə gəlib.

Qarşılaşma Azərbaycan millisinin 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb.

Qeyd edək ki, Azərbaycan yığması bundan öncəki yoxlama matçında Ukraynaya 0:1 hesabı ilə uduzub.

COP29