Millimiz meydana çıxmadan qalib GƏLDİ

Qadın həndbolçulardan ibarət Azərbaycan milli komandası Türkiyənin Konya şəhərində təşkil olunan V İslam Həmrəyliyi Oyunlarına qələbə ilə başlayıb.

Yenicag.az xəbər verir ki, yığmamız bu gün B qrupundakı ilk matçında Kamerun seçməsi ilə qarşılaşmalı idi.

Rəqib oyuna gəlmədiyindən texniki məğlubiyyət alıb. Bununla da Azərbaycan millisi meydana çıxmadan qalib gəlib.

Qeyd edək ki, milli komanda avqustun 9-da Əfqanıstanı, 2 gün sonra isə İranı sınağa çəkəcək.