Bu gün Azərbaycan millisi Millətlər Liqasında ilk matçına çıxıb.
Yenicag.az xəbər verir ki, D liqasında mübarizə aparan Qurban Qurbanovun yetirmələrinin rəqibi Kosovo millisi idi.
Millətlər Liqasında uğurlu debütə ümid edən yığmamız qələbə əzmindəydi. Qurban Qurbanov da millimizlə çıxacağı ilk rəsmi matçında qələbə qazanmaq ümidindəydi.
Amma bu görüşdə hesab açılmayıb.
Millətlər Liqası, D liqası
III qrup, I tur
7 sentyabr
Azərbaycan – Kosovo 0:0
Hakimlər: Ola Hobber Nilsen, Tom Harald Qronevik, Geir Oskar İsaksen, Simon Ytterland (Norveç)
Bakı Olimpiya Stadionu