Millimiz Monteneqro ilə heç-heçə etdi – CANLI

UEFA Millətlər Liqasının qrup mərhələsinin V turunda üz-üzə gələcək Azərbaycan və Monteneqro yığmalarının start heyətləri bəlli olub.

Yenicag.az xəbər verir ki, komandalar meydana aşağıdakı heyətlə çıxacaq.

Azərbaycan: 12. Magomedaliyev, 2.Qarayev, 3.Salahli, 5. Medvedev, 6. Mustafayev, 7.Mütəllimov, 10.Sadiqov, 11 Emreli, 13.A.Hüseynov, 14 Bədəlov, 15 B.Hüseynov

Ehtiyat oyunçular: 1.Emil Balayev, 23.Aydın Bayramov, 4.Rahil Məmmədov, 8.Şəhriyar Əliyev, 9.Ramil Şeydayev, 16.Elvin Camalov, 17.Vüsal İsgəndərli, 18.Mert Çelik, 19.Mirabdulla Abbasov, 20.İsmayıl İbrahimli, 21.Amin Seydiyev, 22.Xəyal Nəcəfov

Monteneqro: 12. Milan Miyatoviç, 2. Aleksandar Sofranaç, 5. İqor Vuyaçiç, 6. Risto Radunoviç, 23. Adam Maruşiç, 7. İqor İvanoviç, 19. Aleksandar Şçekiç, 8. Marko Bakiç, 17. Sead Hakşabanoviç, 9. Stefan Muqoşa, 10. Stevan Yovetiç

Qeyd edək ki, Xorvatiyanın Zapreşiç şəhərindəki “Ivan Laljak-Iviç” stadionunda oynanılacaq matç Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

***

Millimizin Monteneqroya qarşı matçı başladı.

***

UEFA Millətlər Liqasının qrup mərhələsinin V turunun Azərbaycan – Monteneqro oyununda birinci hissə başa çatıb.

Komandalar fasiləyə qolsuz heç-heçə ilə yollanıblar.

Matçın 45+2-ci dəqiqəsində qonaqların heyətində İvanoviç Qara Qarayevə qarşı kobudluğa görə qırmızı vərəqə alaraq komandasını azlıqda qoydu.

***

UEFA Millətlər Liqasının qrup mərhələsinin V turunun Azərbaycan – Monteneqro oyununda ikinci hissənin startı verilib.

İlk yarıdan sonra hesab 0:0-dır.

***

Görüşdə tərəflərin səylərinə baxmayaraq, hesab açılmadı.

Xallarının sayını 5-ə çatdıran millimiz qrupdan çıxmaq şansını itirdi.