!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Azərbaycan Norveçlə oyunda tarix yazdı – Qrup lideriyik

!Reklam – Yazi

millimizheyetaciqlandi

Azərbaycan millisi bu gün növbəti oyununu keçirir. Yığmamız  DÇ-2018-in seçmə mərhələsində 2-ci matçına çıxıb. 
UEFA zonasının C qrupunda mübarizə aparan komandamız Norveç yığmasını Bakı Olimpiya Stadionunda qəbul edir.
İlk matçına səfər qələbəsi ilə başlayan millimiz, hazırda San-Marino üzərindəki minimal hesablı uğurun davamını gətirməyə çalışır.
İlk hissəni qalib bitirən millimiz, Norveç yığması ilə əvvəlki 4 matçda qol vura bilməmişdi. Futbolçularımız artıq tilsimi qırmağı da bacardı. Matçın əvvəllərində rəqib qapısına yol tapan Maksim Mevdevev oldu.
Bu matçda qazanacağımız xal, komandamızın liderliyi ələ keçirməsi ilə nəticələnəcək. Yığmamızın turu zirvədə bitirməsi üçün Norveç üzərində qələbə ilə yanaşı, digər görüşlərin də nəticələri vacibdir.
Oyunun birinci hissəsində olduğu kimi, ikinci hissədə də millimizin qapıçısı Kamran Ağayev gözəl oyun keçirir, ard-arda komandamızı qoldan xilas edir.
 
Oyun 1:0 hesabı ilə Azərbaycan millisinin xeyrinə başa çatıb(Musavat.com).
DÇ-2018-in seçmə mərhələsi
UEFA zonası
C qrupu
II tur
8 oktyabr
Azərbaycan – Norveç – 1:0
Qol: Maksim Medvedev, 12
Hakimlər: Liran Liani, David Elyas Bitton, Nissan Davidi, Eytan Şmuelevitz (hamısı İsrail)
Hakim-inspektor: Erol Ersoy (Türkiyə)
UEFA nümayəndəsi: Çarles Şaak (Lüksemburq)
Bakı Olimpiya Stadionu
Azərbaycan: 1. Kamran Ağayev, 2. Qara Qarayev, 3. Məhəmməd Mirzəbəyov, 5. Maksim Medvedov, 8. Eddi İsrafilov, 10. Ruslan Qurbanov, 13. Dmitri Nazarov, 14. Rəşad Sadıqov (k), 18. Ağabala Ramazanov, 19. Rahid Əmirquliyev, 21. Arif Daşdəmirov
Ehtiyat oyunçular: 12. Anar Nəzirov (q), 23. Səlahət Ağayev (q), 4. Pavel Paşayev, 6. Bədavi Hüseynov, 7. Araz Abdullayev, 9. Namik Ələsgərov, 11. Rauf Əliyev, 15. Ruslan Abnşov, 16. Emin Mahmudov, 17. Rəhman Hacıyev, 20. Ramil Şeydayev, 22. Tərlan Quliyev
Norveç: 1. Rune Yarsteyn, 2. Haytam Alesami, 3. Even Hovland, 4. Stefan Strandberq, 7. Coşua Kinq, 10. Markus Henriksen, 19. Per Silyan Skilberd, 16. Yonas Svensson, 18. Ole Salnes, 20. Adama Diomande, 21. Pal Andre Helland
Ehtiyat oyunçular: 12. Oryan Niland (q), 22. Andre Hansen (q), 5. Aleksandr Tetti, 6. Ruben Qbrielsen, 8. Stefan Yohansen, 9. Aleksandr Sorlot, 11. Tarik Elyunusi, 13. Martin Samuelsen, 14. Veqar Hadenstat, 17. Conatan Parr, 19. Ruben Yensenn, 23. Co İnge Bergett







***

Azərbaycanın futbol üzrə milli komandası DÇ-2018-in seçmə mərhələsində ikinci oyununa çıxıb.

Millimizin ev oyununda rəqibi Norveç yığmasıdır.

İlk görüşdə səfər matçında San Marinonu məğlub edən millimiz ikinci qələbəsini qazanmaqla qrupda vəziyyəti bir qədər yaxşılaşdıra bilər.

Qarşılaşma Bakı Olimpiya Stadionunda keçirilir.

***

Matçın 11-ci dəqiqəsində Maksim Medvedyevin vurduğu qolla millimiz hesabda önə keçib.

***

İlk hissə komandamızın üstünlüyü ilə başa çatıb.

 

www.yenicag.az

741
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv