!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Millimiz Portuqaliyaya qarşı – DÇ-2022

!Reklam – Yazi

Bu gün futbol üzrə 2022-ci il Dünya Çempionatının Avropa zonası üzrə seçmə mərhələsinə start verilir.

İlk turda A, D, E, G və H qruplarınada ümumilikdə 13 görüş baş tutacaq, o cümlədən Azərbaycan millisi ilk oyununu keçirəcək.

Canni De Byazinin başçılıq etdiyi kollektiv Portuqaliya yığması ilə qarşılaşacaq. Oyun İtaliyanın Turin şəhərində baş tutacaq və Bakı vaxtı ilə 23.45-də başlayacaq.

Bundan başqa, yığmamızın yer aldığı A qrupunda Serbiya seçməsi evdə İrlandiya ilə üz-üzə gələcək. Bu qrupda yer alan Lüksemburq isə yoxlama görüşündə Qətərlə gücünü sınayacaq.

Günün ilk matçı Türkiyə və Niderland yığmaları arasında olacaq. Atatürk Olimpiya Stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

DÇ-2022-nin seçmə mərhələsi

I tur

A qrupu

21:00. Qətər – Lüksemburq
23:45. Portuqaliya – Azərbaycan
23:45. Serbiya – İrlandiya

D qrupu

23:45. Finlandiya – Bosniya və Herseqovina
23:45. Fransa – Ukrayna

E qrupu

23:45. Belçika – Uels
23:45. Estoniya – Çexiya

G qrupu

21:00. Türkiyə – Niderland
23:45. Cəbəllütariq – Norveç
23:45. Latviya – Monteneqro

H qrupu

23:45. Kipr – Slovakiya
23:45. Malta – Rusiya
23:45. Sloveniya – Xorvatiya

Sabah seçmə mərhələdə daha 13 görüş gerçəkləşəcək.

www.yenicag.az

495
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv