Türkiyənin İstanbul şəhərində təlim-məşq toplanışında olan basketbol üzrə qızlardan ibarət Azərbaycan millisi növbəti yoxlama oyunlarını keçirib.
Yenicag.az-ın məlumatına görə, Evren Alkayanın rəhbərlik etdi yığmalar keçirdikləri 8 qarşılaşmanın yalnız birində məğlub olublar.
Yüksək liqa təmsilçisi “Galatasaray”ın U-16 komandasını (65:54) məğlub edən kollektiv “Emlak Konut”a (54:66) yenilib. U-16 “Besaş”a (82:56), “Bursa Uludağ”a (69:57) qalib gəlib.
U-18 millisi “Besaş” (72:61), “Bursa Uludağ” (84:70) və “İstanbul Allstar” (75:74) klublarındakı həmyaşıdlarını üstələyib.
U-14 isə “Darruşafaka”ya şans verməyib – 78:48.
Qeyd edək ki, komandalar ümumilikdə təlim-məşq toplanışında keçirilmiş yoxlama matçlarında 14 qələbə və 1 məğlubiyyət əldə ediblər.