Millimiz Qazaxıstanı darmadağın etdi – VİDEO

UEFA Millətlər Liqasının qrup mərhələsinin VI turunda üz-üzə gələcək Azərbaycan və Qazaxıstan milli komandalarının start heyətləri bəlli olub.

Yenicag.az xəbər verir ki, yığmalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar:

Azərbaycan: 12. Şahruddin Məhəmmədəliyev 3. Elvin Cəfərquliyev, 4. Bəhlul Mustafazadə, 6. Höccət Haqverdi, 8. Emin Mahmudov (k), 9. Renat Dadaşov, 11. Ramil Şeydayev, 14. Eddi İsrafilov, 15. Bədavi Hüseynov, 19. Filip Ozobiç, 21. Ozan Can Kökcü

Qazaxıstan: 12. İqor Şatski, 3. Nuralı Alip, 5. İslambek Kuat (k), 6. Abılayxan Jumabek, 7. Aslan Darabayev, 10. Elxan Astanov, 13. Baqdat Kairov, 18. Timur Dosmaqambetov, 20. Ramazan Orazov, 21. Marat Bıstrov, 22. Aleksandr Maroçkin

Qeyd edək ki, bu gün “Dalğa Arena”da oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq.

***

Matçda ilk hissə başa çatıb.

İlk yarıda hesab açılmayıb. 35-ci dəqiqədə isə rəqib azlıqda qalıb.

Qonaqların 3 nömrəli futbolçusu Nuralı Alip Renat Dadaşova qarşı kobudluğa görə ikinci sarı vərəqə və qırmızı vərəqə ilə cəzalandırılıb.

***

Azərbaycan komandası 67-ci dəqiqədə qonaqları mərkəzə dəvət edib.

Qazaxıstan seçməsinin heyətində Aleksandr Maroçkin avtoqol müəllifi olub.

***

73-cü dəqiqədə Ozobiç ikinci topu rəqibin qapısından keçirib: 2- 0

***

90-cı dəqiqədə millimizin oyunçusu Anatoli Nuriyev 3-cü topu komandamıza qazandırıb: 3 – 0

***

Beləliklə, UEFA Millətlər Liqasının qrup mərhələsində sonuncu oyununu keçirən Azərbaycan yığması rəqibini 3:0 hesab ilə məğlub edib.

Bununla da Azərbaycan millisi ardıcıl üçüncü qələbəsini qazanıb və xallarının sayını 10-a yüksəldərək qrupu ikinci pillədə başa vurub. Azərbaycan seçməsi 11 ildən sonra Qazaxıstana qalib gəlib. Komanda son olaraq 2011-ci ildə rəqibini 3:2 hesabı ilə üstələyib.