!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Millimiz səfərdə Yunanıstanı məğlub etdi

!Reklam – Yazi

Futzal üzrə Azərbaycan millisi AVR0-2022-nin seçmə mərhələsində ikinci oyununu keçirib.

Yenicag.az xəbər verir ki, 3-cü qrupda yer alan Joze Alesio Da Silvanın rəhbərlik etdiyi kollektiv səfərdə Yunanıstanla qarşılaşıb. Afinadakı Daiss İdman Sarayında oynanılmış qarşılaşma qonaq komandanın qələbəsi ilə yekunlaşıb – 3:0.

İlk iki qol 2-ci dəqiqədə vurulub. Əvvəlcə Vassura, daha sonra Eduardo Borges fərqlənib. Oyunda son nöqtəni isə 26-cı dəqiqədə Ramiz Çovdarov vurub.

Bu nəticədən sonra Azərbaycan yığması 6 xalla qrupa başçılıq edir. Hələ xalı olmayan Yunanıstan isə sonuncudur.

Avropa çempionatı

Seçmə mərhələ, 3-cü qrup

20:00. Yunanıstan – Azərbaycan – 0:3

Qollar: Vassura, 2, Eduardo Borges, 2. Ramiz Çovdarov, 26

Hakimlər: İbrahim El Jilali, Lars Van Leeuven (Niderland)

Afina, Daiss İdman Sarayı.

Qeyd edək ki, Azərbaycan millisi qrupdakı ilk oyununda evdə Slovakiyanı 4:1 hesabı ilə məğlub edib. Yunanıstan isə səfərdə Moldovaya uduzub – 1:3. Martın 4-də Azərbaycan Moldovanı, Slovakiya Yunanıstanı qəbul edəcək./Report/

www.yenicag.az

624
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv