Millimiz toplanışa start verdi

Futzal üzrə Azərbaycan millisi Avropa çempionatının əsas mərhələsinin oyunlarına hazırlığa Bakıda start verib.

Yeniçağ.az xəbər verir ki, Biro Jade paytaxtdakı toplanış üçün heyətə 15 oyunçu dəvət edib. Bunlar Rövşən Hüseynli, Elnur Zamanov, Anar Məmmədov, Faiq Əliyev, Fərid Atakişiyev, Xətai Bağırov, Everton Kardosa, Fineo de Araujo, Rizvan Fərzəliyev, Namiq Məmmədkərimov, Eduardo Mello Borges, Villiams Oliveira Do Nascimento, Tyaqo Teles Martins, İsa Atayev və Oqtay Rüstəmlidir.

Qeyd edək ki, millinin toplanışı aprelin 7-dək davam edəcək.

Yeniçağ.az