Millimiz Türkiyə və İsraillə qarşılaşacaq

Hindistanın Çennay şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadasında bu gün 4-cü turun görüşləri baş tutacaq.

Yenicag.az xəbər verir ki, kişilərdən ibarət Azərbaycan yığması Türkiyə, qadın millimiz isə İsraillə qarşılaşacaq.

Türkiyə – Azərbaycan

Mustafa Yılmaz – Şəhriyar Məmmədyarov
Əmrə Can – Rauf Məmmədov
Vahap Sanal – Qədir Hüseynov
Cəmil Can Ali Marandi – Vasif Durarbəyli

İsrail – Azərbaycan

Marsel Yefroimski – Günay Məmmədzadə
Dina Belenkaya – Xanım Balacayeva
Maşa Klinova – Gövhər Beydullayeva
Mixal Lahav – Ülviyyə Fətəliyeva

Qeyd edək ki, Azərbaycanın hər iki komandası ilk 3 turda rəqiblərini məğlub edib.