Millimiz uduzdu, 1/4 finala adladı

Sloveniyanın paytaxtı Lyublyanada keçirilən futzal üzrə Avropa çempionatının final mərhələsində iştirak edən Azərbaycan yığması bu gün qrupda son oyununu keçirib.

Yenicag.az xəbər verir ki, Joze Alesionun yetirmələri qitə birinciliyinin favoritlərindən hesab edilən İspaniya yığması ilə qarşılaşıb.

Millimiz qrupda keçirdiyi ilk oyunda Fransa seçməsini məğlub edərək (5:3) 1/4 finala vəsiqəni təmin etmişdi. İspaniya isə ilk matçında fransızlarla “sülh bağlamışdı” – 4:4.

Yığmamız bu oyundan ən azı 1 xalla ayrılsaydı, növbəti mərhələyə qrup birincisi kimi yollanacaqdı və daha zəif Ukrayna ilə qarşılaşacaqdı. Lakin qarşılaşma ispanların minimal hesablı qələbəsi ilə başa çatıb. Bu üzdən də ilk pilləni İspaniya tutduğundan, qrup ikincisi olan millimiz 1/4-də Portuqaliya ilə qarşılaşmalı olacaq. Bu oyun fevralın 6-da keçiriləcək.

Avropa çempionatı
D qrupu
4 fevral

Azərbaycan – İspaniya 0:1
Qol: Pola, 14.

Hakimlər: Vladimir Kadikov (Rusiya), Admir Zahoviç (Sloveniya), Alessandro Malfer (İtaliya)
Sloveniya, Lyublyana, “Stojica Arena”.

COP29