Millimiz Ukrayna ilə bu ölkədə qarşılaşacaq

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin AVRO-2025-in seçmə mərhələsində Ukraynaya qarşı keçirəcəyi oyunun stadionu bəlli olub.

AFFA-nın rəsmi saytının yaydığı məlumata görə, qarşılaşma noyabrın 21-də İspaniyanın Mursiya şəhərindəki “Nueva Condomina” stadionunda olacaq.
Görüş Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.