Millimiz yoldaşlıq oyununda qələbə qazandı

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirən 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması növbəti yoldaşlıq oyununu keçirib.

Yenicag.az xəbər verir ki, Şimali Makedoniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan yığmamız 2:0 hesablı qələbə qazanıb. Millimizin heyətində Camal Cəfərov və Elçin Qasımov fərqləniblər.

Qeyd edək ki, bu komandalar arasında növbəti oyun yanvarın 27-də keçiriləcək.