Millimiz Yunanıstan yığmasını darmadağın etdi

Futzal üzrə Azərbaycan millisi dünya çempionatının əsas seçmə mərhələsində növbəti qələbəsini qazanıb.

Yenicag.az xəbər verir ki, millimiz VI qrupun ikinci turunda Yunanıstan seçməsinin qonağı olub.

Afinadakı Teodoros-Putos idman zalında oynanılan matçda Azərbaycan yığması rəqibini 7:0 hesabı ilə məğlub edib. Millimizin heyətində Xətayi Bağırov və Qallo dubl ediblər. Rafael Vilela, Tyaqo Bolinya və Conatas Felipe hərəyə bir dəfə fərqləniblər.

Hesabında 6 xal olan Azərbaycan millisi qrupda birinci pillədə yer alıb. İkinci pillədə 3 xalla Polşa qərarlaşıb. Xalı olmayan Yunanıstan isə sonuncudur.