Millimizdə serb məşqçi?

Yaxın günlərdə futbol üzrə Azərbaycan millisinin yeni baş məşqçisinin adı məlum olacaq.

Yenicag.az xəbər verir ki, yığmanın baş məşqçisi postuna namizədlərdən biri də serbiyalı Slavolyub Muslindir.

Bu iddia ilə Ukrayna mətbuatı çıxış edib.

İddiaya görə, hazırda Səudiyyə Ərəbistanının “Əl-Feyxa” klubunu çalışdıran 65 yaşlı mütəxəssis iş yerini dəyişərək Azərbaycan yığmasının “sükanı arxası”na keçə bilər.

Qeyd edək ki, Muslin karyerası ərzində “Bordo”, “Lans”, “Srvena Zvezda”, “Levski”, “Metallurq” (Donetsk), “Lokomotiv” (Moskva), “Lokeren”, “Dinamo” (Minsk), “Anortosis”, “Standard” kimi klubları çalışdırıb. O, 2016-2017-ci illərdə Serbiya yığmasına da rəhbərlik edib.