Millimizdən böyük irəliləyiş

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

Yenicag.az xəbər verir ki, yeni reytinq cədvəlində Azərbaycan millisi böyük irəliləyişə nail olub.

Belə ki, Qurban Qurbanovun komandası 21 pillə irəliləyərək 105-ci yerdə qərarlaşıb. Millimizin aktivində 321 xal var.

Qeyd edək ki, birinci pillədə 1558 xalla Almaniya millisidir. Braziliya ikinci (1431), Belçika (1298) isə üçüncüdür.