19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının ilkin seçmə mərhələsində növbəti matçına çıxıb.
Yenicag.az xəbər verir ki, Vüqar Məmmədin komandası Gürcüstan yığması ilə qarşılaşıb.
Oyunda hesabı 45-ci dəqiqədə gürcülər açıb. Lakin fasilədən sonra özünə gələn millimiz 66 və 70-ci dəqiqələrdə vurduğu qollar sayəsində 2:1 hesablı qələbə qazanıb.
Qeyd edək ki, yığmamız qrupun ilk oyununda İsrail millisinə 1:4 hesabı ilə uduzub. Gürcüstan isə Lixtenşteyni darmadağın edib – 7:0.