!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Millimizə yeni legioner gətirildi

!Reklam – Yazi

legionerCüdo üzrə xanımlardan ibarət yığma komandanın heyətinə yeni idmançı cəlb olunub. Millinin yeni üzvü belarus vətəndaşı olan Kristina Jukovetsdir.

Bu barədə Yeniçağ.az-a Azərbaycan Cüdo Federasiyasının rəsmisi Elnur Əşrəfoğlu məlumat verib. Federasiya rəsmisi bildirib ki, xanımlardan ibarət yığmada yuxarı çəki dərəcəsində mübarizə aparacaq cüdoçuya ehtiyac olduğuna görə bu addımı atıblar:

“Yuxarı çəki dərəcəsində səviyyəli idmançımız az idi. Buna görə də Kristina Jukovetsi heyətə cəlb etmişik. Ölkə çempionatında özünü yaxşı tərəfdən göstərdiyi üçün yığmanın qarşıdakı təlim-məşq toplanışlarına cəlb olunacaq. Ona ümidlərimiz böyükdür. Bildirim ki, Kristina Jukovets bundan öncə, gənclər arasındakı ölkə birinciliyində də qələbə qazanıb.

legioner1

Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov da bildirmişdi ki, məqsədimiz 2020-ci il Tokio Yay Olimpiya Oyunlarında qadın cüdosunda da 3 lisenziya qazanmaqdır”.

Qeyd edək ki, Belarusda idmançı ailəsində dünyaya gələn Kristina Jukovets ölkə çempionatında 70 kq. çəki dərəcəsində qızıl medal qazanıb. “Neftçi” İdman Klubunun üzvü finalda Salyandan olan Aidə Baxışovaya qalib gəlib.

 

Aygün İlqarqızı

Yeniçağ.Az

www.yenicag.az

500
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv